​"Bu pula "Keşlə"də ancaq hansısa fırıldaqçı oynayar" - MAKSİMOV

Baxış sayı:
5632

"Mən bura gələndə komandaya dəvət olunan futbolçulara ödəniləcək məbləği razılaşdırmışdıq. Ancaq müqavilə imzalananda həmin məbləği 10 dəfə azaltdılar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqanın 21-ci turunun "Qarabağ"la oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib. Rəhbərliyin transfer siyasətini tənqid edən ukraynalı mütəxəssis bir çox qaranlıq məsələyə də aydınlıq gətirib:
"Avropa Liqasında "Dnepr"in heyətində çıxış etmiş futbolçular orada aldığından azacıq çox pula "Keşlə"yə gəlməyə hazır idilər. Amma onları götürmədilər. Həmin vaxt getmək istədim, futbolçular xahiş etdilər ki, komandanı atıb getməyim. Mən görürəm ki, futbolçu meydanda bacardığından da artıq oynayır. Kimi günahlandırım?".
Məbləği o qədər azaltdılar ki, axırda video ilə oyunçu axtarıb-seçdilər. Bu məbləğə kim gəlib oynayar? Ya hansısa fırıldaqçı, ya da çoxdan oynamayan futbolçu. Heç nədən qorxmuram. Gəldiyim kimi də gedə bilərəm. Belə bir şəraitdə komandanı necə sıxa bilərəm? Əksinə, futbolçuların hamısına "çox sağ olun" deyirəm".