​Bu olmasa, Ermənistan hissələrə parçalanacaq

Baxış sayı:
8518

Ermənistanda əhalinin seçici fəallığının çox aşağı olması xalqın Paşinyana olan ümidinin puç olmasının göstəricisi idi.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Azərnyus”a açıqlamasında rusiyalı analitik Yevgeni Mixaylov deyib.
“Seçici aktivliyinin aşağılığı Nikol Paşinyanın simasında yeni Ermənistan rəhbərliyinə göstərdi ki, xalq artıq onun vədlərinə inanmır və Paşinyanın Ermənistanı hara apardığını anlamır”, - Mixaylov deyib.
Mixaylov Paşinyanın ilk növbədə Rusiya ilə dialoqa başlamasının vacibliyini önə çəkib:
“Bu, yeganə çıxış yoludur. Dünyaya Ermənistan lazım deyil və Paşinyan nahaq yerə Qərbdə kömək axtarır. Əgər Moskva müdaxilə etməsə, Ermənistan hissələrə parçalanacaq, əhali isə köçüb gedəcək”.
O qeyd edib ki, Ermənistanın krizisdən çıxması üçün dərhal işğalı dayandırmalı, işğaldakı torpaqları Azərbaycana qaytarmalı və Bakının yardımı ilə bağlı müzakirələrə başlamalıdır:
“Amma məncə, Paşinyanla əlaqələri inkişaf etdirmək çətindir. Qərb baxışına görə Paşinyan, əksinə, konflikti gərginləşdirməyə və bura beynəlxalq güclərin, başlıcası da ABŞ-ın müdaxiləsinə nail olmağa çalışacaq. Ancaq Rusiya buna dərhal reaksiya verəcək, o cümlədən Azərbaycanın işğal altındakı torpaqlarına nəzarətini bərpa etmək üçün Ermənistana təzyiqini də artıracaq”.
Qeyd edək ki, ötən gün Ermənistanda baş tutan parlament seçkilərində seçici fəallığı 48,63% olub. Bu, Ermənistan tarixində ən aşağı seçici aktivliyi kimi qeydə alınıb.