Bu ölkəyə silahlı hücum: çox sayda ölü var

Baxış sayı:
7465

Nigeriyanın şimal-qərbindəki Zamfara vilayətində silahlı hücum baş verib. Nəticədə 10 adam ölüb.
 
Zamfarada dövlət polisinin sözçüsü Məhəmməd Şehu hücumu vilayətin Kware kəndində naməlum motosikletçi tərəfindən həyata keçirildiyini açıqlayıb.
Şehu hücumda 10 adamın öldüyünü, çox sayda adamın yaralandığını söyləyib.
Şehu yaralıların ətrafdakı xəstəxanalara qaldırıldığını və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.
Qeyd edək ki, bölgədə zaman zaman çobanlar və fermerlər arasında şiddətli münaqişələr yaşanır. Ölkənin cənubuna heyvanlarını otlatmaq üçün köç edən Fulanilər, əkinçilərin heyvanlarını oğurladıqlarını və onlara hücum etdiklərini iddia edirlər.
Silahlı insanlar da bu hücumlardan istifadə edərək bölgə xalqını girov götürürlər. Zamfara vilayətində ötən ay 29 nəfər həlak olub, ən azı 40 nəfər silahlı şəxslər tərəfindən oğurlanıb.
Müxalifət.az