BU ÖLKƏNİN QEYRİ-ADİ SÜPÜRGƏÇİLƏRİ - Onlar toz-torpağın içərisində qızıl toplamaqla məşğuldur - VİDEO

Baxış sayı:
6730

"Küçələrə qızıl tökülüb" ifadəsini yəqin ki çoxları eşidib. Adətən bunu var-dövlətin və imkanın bol olduğu yerlər üçün deyərlər. Lakin bu ifadəni Pakistanın Kəraçi şəhərinin bir küçəsinə də həqiqətən aid etmək olar. Şəhərin ticarətin qaynadığı bu küçəsində fəhlələr toz-torpağın içərisində qızıl toplamaqla məşğuldur. Bu insanlar işə şəhərin tozlu küçələrini və çirkli su yollarını təmizləmək üçün deyil, küçələrdəki qızılı süpürmək üçün götürülüb. "Bizim məqsədimiz qızıl tapmaqdır. Çünki burada işləyən zərgərlər ziynət əşyaları düzəldərkən qızıl parçaları onların paltarına və ya ayaqqabısına ilişir, sonra isə toz-torpağa qarışır", - deyə Lətif adlı süpürgəçi bildirir. Kəraçinin bu ticarət mərkəzi zərgərlərin işlədiyi yerdir. Burada hər gün minlərlə dollarlıq qızlı alınıb satılır. Lakin bu yeni fəaliyyət növü bu yaxınlarda, insanların zərgərlərin arxalarında qoyduqları qızılı tapmaq üçün buradakı küçələri süpürməyə gəlməsindən sonra başlayıb. Süpürgəçi Əkbər Əli: "Zərgərlərin əlində qızılın çox kiçik hissələri yapışıb qalır və onlar əllərini yuyanda əmin qızıl parçaları su ilə küçələrə tökülür. Biz isə zibilin içindən qızıl yığırıq." Küçələrin süpürülməsinin üç mərhələsi var. Birinci mərhələ - qızıl parçalarının axtarılması. İkinci mərhələ - tapılan qiymətli parçaların toz-torpaqdan ayrılması. Üçüncü və sonuncu mərhələ isə qızılı başqa metallardan ayırmaq üçün isti sobada bişirmək. "Bizə qızılı kirli gətirirlər. Biz turşudan istifadə edərək, onu sobada əridirik. Biz bunu iki dəfə təkrarlayırıq. Kimyəvi maddələr qızılı, gümüşü və misi bir-birindən ayırır." deyə, Tənvər Əhməd adlı süpürgəçi bildirir. Metalları ayırmaq üçün istifadə edilən isti və kimyəvi maddələr çox təhlükəlidir, fəhlələr xəstələnə bilər. Lakin küçələri qızıl tapmaq üçün süpürən bu insanlar üçün bəzən onların gəliri sağlamlıqlarından daha vacibdir. Fəhlələr deyir ki, burada şərait yaxşı olmasa belə, bir çoxları bunu məmnuniyyətlə edir.