​Bu ölkələrlə savaşa hazırlaşmalıyıq - ABŞ

Baxış sayı:
2983

ABŞ ordusu geniş əhatəli döyüş fəaliyyətlərinə hazır olmalıdır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqalmasında ABŞ Silahlı Qüvvələrinin Büdcə üzrə direktoru Pol Çemberlen söyləyib.
“Rusiya, Çin, Şimali Koreya və İran kimi ölkələr Amerikanın maraqlarına ciddi təhdiddirlər. Bizim Asiya-Sakit okean regionu və Avropadakı regional rəqiblərimiz ABŞ ordusunun güclü və zəif tərəflərini 10 ildən çoxdur ki, öyrənirlər. Onların modernləşmə səyləri bizim rəqiblərimiz üzərində üstünlüyümüzü azaldır. Ona görə də bizim yeni büdcə layihəmiz ABŞ ordusunun üstünlüyünün təminatına yönəlib.
Bizim ordu geniş əhatəli müharibədə qalib gəlməyə hazır ordudur. Bu müharibə atəşi, radioelektron mübarizəni, kiberməkanda və kosmosda hücumları nəzərdə tutur”, – deyə o bildirib.