Bu ölkələrin hamısına sanksiya tətbiq edəcəyik – ABŞ

Vaşinqton Şimali Koreya ilə ticarət əlaqələri olan bütün dövlətlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
 
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib.
“Şimali Koreyaya qarşı sanksiyaların keçərli olmasında əsas rol Çinin üzərinə düşəcək. Pxenyanın ticarətinin 90%-i məhz Çinlədir”, – deyə o bildirib./axar.az