Bu ölkələrdə qadınlar evlənmək üçün kişi tapmırlar - FOTOLAR

Baxış sayı:
5407

Məlum məsələdir ki, evlilik dünyada istənilən ölkədə, istənilən coğrafiyada son dərəcə önəm daşıyır. Evlilik nəinki hansısa ölkəyə, eyni zamanda bütün dünyaya təsir edən məsələdir. Bəzi dövlətlər öz ölkələrindəki evlilik məsələsinə çox da həssas yanaşmasa da, bir çox ölkələr var ki, vətəndaşlarının nikaha girməsi üçün “dəridən-qabıqdan” çıxır. Həmin ölkələrdən bir neçəsini təqdim edirik: Ermənistan – bu ölkədə kişilərin sayı qadınların sayından azdır. Ona görə də bu ölkədə əsas iş yükü qadınların üzərinə düşür. Avstraliyada isə hər beş qadına 1 kişi düşür. Buna görə də avstraliyalı qadınlar xarici ölkələrdən bura kişilərin gəlməsini arzulayırlar. Əksər hallarda qadınlar evlənmək üçün özlərinə yaxşı tərəf müqabili tapa bilmir. Bu baxımdan əcnəbi kişilərin bura tanışlıq üçün gəlməsi müqabilində tətil hədiyyələri də təklif olunur. İtaliyada isə doğuş sayı az olduğu üçün evlənənlərin də sayı xeyli azdır. Dövlətin müxtəlif tədbirlərinə baxmayaraq, bu ölkədə kişilər daimi evliliyə qarşıdır. Normal olaraq qarşılanan bu hal getdikcə tendensiyaya çevrildiyindən hökumət bəzi bölgələrdə evlənə biləcək kişilərə maddi dəstək də olur. Rusiyada da qadınların sayı kişilərin sayından xeyli çoxdur. Bu ölkədə kişilərin əksəriyyətinin içki düşkünü olması cinsi zəifliyi artırmaqdadır. Buna görə də rus qadınlar tərəf müqabili tapmaq üçün iş bəhanəsi ilə digər ölkələrə axın etməkdədir. Həmçinin bu ölkədə boşananların da sayı kəskin artıb. Hökumət bununla bağlı müxtəlif tədbirlər görməkdədir. Tailandda isə vəziyyət tamamilə başqadır. Belə ki, bu ölkədə transseksulların sayı çox olduğundan qadınlar evlənmək üçün ər tapmaqda çətinlik çəkir. Tailandlı qadınlar da bunun çarəsini başqa ölkələrə getməkdə görür. Monqolustanda arıq qadınlar o qədər də bəyənilmir. Buna görə də bəzən arıq qadınlar ər tapmaqda çətinlik çəkir. Dövlət bunun öhdəsindən gəlmək üçün belə bir addım atıb. Arıq qadınla evlənən kişiyə başlıq pulu və ya ərazi verilir. Sinqapurda da bekar qadınların sayı kifayət qədərdir. Dövlət bu problemin qarşısını almaq üçün müxtəlif tədbirlər görür, kişiləri evliliyə təşviq etmək üçün cürbəcür addımlar atır. Ölkədə doğuşların da sayının artması üçün hökumət 3 uşaqlı qadınlara xeyli maddi köməklik göstərir. Yaponiyada isə kişilər ailə həyatına əhəmiyyət vermədiyindən bu ölkədə də qadınlar uzun müddət evlilik üçün gözləməli olur. Buna görə də bəzən yaponiyalı qadınlar müxtəlif saytlar vasitəsi ilə özlərinə kirayəlik kişi tapırlar. Təəccüblü olsa da, Birləşmiş Ərəb Əmirliklərində də qadınlar evlənmək üçün ər tapmaqda çətinlik çəkir. Hökumət ailə həyatı qurmayan və yaşları ötən qadınların sayının azalması üçün evlənən kişilərə 1000 dollardan çox maddi dəstək vəd edir. Bu ölkədə bir kişi bir neçə qadınla evlənə bilər. Dövlətin dəstəyi ilə kişilər evlənərkən maddi çətinliklə üzləşmirlər. Ukraynada isə qadınlar əhalinin 53 faizini təşkil edir. Bu ölkənin Lvov bölgəsində isə qadınların nisbəti 85 faizdir. Maraqlıdır ki, adıçəkilən bölgədə daha çox qız uşaqları dünyaya gəlir./musavat.com