Virusdan qorunmaq üçün ölkədəki BÜTÜN PULLAR YUYULACAQ - "Ən yeni pulun üzərində də 2400-ə yaxın bakteriya var"

Baxış sayı:
2485

Yeni ildən etibarən bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nəğd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir.

Muxalifet.az medicina.az-a istinadən bildirir ki, Oksford Universiteti elm adamları tərəfindən Avropanın 15 ölkəsi üçün həyata keçirdikləri araşdırmada pulların üzərindəki bakteriayaların miqdarı ortaya çıxarılıb.

Elmi araşdırma nəticəsində pulların üzərində 26 mindən çox bakteriya olduğu təsdiqlənib. Bu bakteriyalar arasında, tənəffüs və bağırsaq sistemində infeksiyalara səbəb olan bakteriyalar da var.

Virus xəstəliklərinin yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi üzrə çalışmalara başlanılıb.

Alimlər bildirib ki, hətta ən yeni pulun üzərində belə 2400-ə yaxın bakteriya var.