​Bu ölkələr 41 il sonra barışdı, ilk uçuş reallaşdı

Baxış sayı:
328

Bu gün Efiopiyanın paytaxtı Əddis-Əbəbə ilə Somalinin paytaxtı Moqadişu arasında aviareys 41 ildən sonra bərpa edilib.
Muxalifet.az xəbər verir ki, Efiopiya Hava Yolları rəsmisi Tevolde Qebremariyam uçuşların iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini deyib.
Qeyd edək ki, 1977-1978-ci illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında müharibə baş verib. 1988-ci ildə tərəflər arasında sülh müqaviləsi imzalansa da, sərhəd məsələsi öz həllini tapmayıb. Bu da Efiopiya ilə Somali arasında diplomatik münasibətlərin kəsilməsi, uçuşların ləğv edilməsi ilə nəticələnib.