Bu ölkədə yeni hökumət təsdiqləndi

Baxış sayı:
13153

Estoniya Prezidenti Kersti Kalyulayd "İsamaa", EKRE və Mərkəzçi partiyaların birgə təklif etdiyi hökumətin tərkibini təsdiqləyib.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, bu münasibətlə Estoniya Prezidenti və koalisiya hökumətində birləşmiş üç partiyanın sədri birgə mətbuat konfransı keçiriblər. Mərkəzçi Partiyanın sədri Yuri Ratas çıxışında Prezidentə təklif olunmuş hökumətin tərkibini təsdiqlədiyi üçün təşəkkür edib.
Estoniya Prezidenti çıxışında bildirib ki, demokratiyanın əsas tələblərindən biri çoxluğun koalisiyasına nail olmağı bacaranların hakimiyyətə gəlməsidir. Lakin çox vacibdir ki, bu hakimiyyət onlara səs verməyənləri də təmsil etmək məsuliyyətini öz çiyinlərində daşısın.