Bu ölkədə vəziyyət qarışdı: Komendant saatı…

Baxış sayı:
215

Çilinin paytaxtı Santyaqoda metro qiymətlərinin artmasına görə baş verən etirazlar hökuməti radikal addımlar atmağa sövq edib.

Axar.az xəbər verir ki, bu barədə TASS Çili Silahlı Qüvvələrinə istinadla yazıb.

Məlumata görə, aksiyalarla əlaqədar paytaxtın bir çox rayonunda komendant saatı tətbiq olunub. Əhaliyə saat 22:00-dan səhər 07:00-a qədər evlərini tərk etmək qadağan olunub.