Bu ölkədə sutkada 600-dən çox insanda koronavirus aşkarlandı - AVROPA ŞOKDA

Baxış sayı:
1933

İtaliyada koronavirusa yoluxanların sayı 1694 nəfərə çatıb, 34 nəfər dünyasını dəyişib, 80 pasiyent sağalıb.

Bu barədə İtaliyanın Vətəndaş Müdafiəsi Departamentinin rəhbəri Ancelo Borreli məlumat verib.

“Yoluxanların ümumi sayının 51%-ə yaxını evdə karantindədir, yəni onlarda xəstəlik simptomu yoxdur. 9%-i isə intensiv terapiya şöbələrindədir”, - o qeyd edib.

Sutka ərzində ölümcül virusa yoluxanların sayı 600-dən çox olub.