​Bu ölkədə sərnişin qatarı partladı

Baxış sayı:
4951

Hindistanda şəhərlərarası sərnişin qatarında partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində biri ağır olmaqla, üç nəfər yaralanıb. Hadisə yerli vaxtla 19:04-də (Bakı vaxtı ilə 17:34) Rancia-Dekarqaon qatarının vaqonlarının birində baş verib.
Hələlik partlayışın səbəbi bilinmir. Polis hadisənin terror aktı olduğunu istisna etmir.