​Bu ölkədə şort geyinmək qadağan edildi

Baxış sayı:
7450

İraqın Kərkük şəhərində Ramazan ayı boyunca kişilərin şort geyinməsi qadağan edildi.
Kərkük polisinin qəbul etdiyi bu qərarı pozan 20 nəfər artıq saxlanılıb.
Polis həmçinin saat 19:00-dan 05:00-dək şəhərdə motosiklet istifadəsini də qadağan edib.
Şəhər Polis İdarəsinin müdiri Əli Kamal Abdürrazik ailələrin etirazından sonra ictimai yerlərdə belə qadağaların tətbiqinin gündəmə gəldiyini deyib.
“Vətəndaşlar .ort geyinən gənclərin insanları narahat etdiyini. Ənənələrdən uzaq bu geyimin ictimai yerlərdə çirkin görüntü yaratması ilə bağlı şikayət edirlər. Biz də həmin şikayətləri nəzərə alaraq belə qərar qəbul etdik”.
Saxlanılan şəxslərə hansı cəzanın veriləcəyi bilinmir.