Bu ölkədə pedofillər hər kəsin gözü önündə EDAM OLUNACAQ - Qanun qəbul edildi

Baxış sayı:
3843

Pakistan parlamentinin aşağı palatası cinsi istismar və uşaqların öldürülməsində ittiham olunan insanların ictimai şəkildə asılmasına çağıran qətnaməni qəbul edib. Qətnamə müxalif fəallar və insan haqları fəalları tərəfindən qınanıb.

Parlament İşləri naziri Əli Məhəmməd Xan fevralın 7-də Milli Assambleyada qətnaməni təqdim edəndən sonra deyib: "Uşaqlara qarşı cinayət törədənlər heç bir mərhəmətə layiq deyil... Onları şəhərlərin ortasında asmaq lazımdır".

Qanunvericilərin yarısından çoxu hakim partiyanın dəstəklədiyi qətnamənin lehinə səs verib.

Pakistan Xalq Partiyası (PPP) isə cəzaların şiddətini artırmağın uşaqlara qarşı cinsi istismar hallarının azaldılması ilə nəticələnməyəcəyini deyərək qətnaməyə qarşı çıxıb.

Pakistanda son illərdə uşaqlara qarşı cinsi cinayətlərdə artım müşahidə olunub və bu küçə etirazları və milli qınlaqlara səbəbə olub. Amma bu cinayətləri törədənlər nadir hallarda məhkum olunur.

Elm və Texnologiya naziri və Milli Məclis üzvü olan Fəvad Çaudri qətnaməni "qəddar sivilizasiya praktikalarına uyğun ciddi əməl" kimi dəyərləndirib.

Amnesty International təşkilatı isə ölüm cəzasının cinsi istismar və uşaqların öldürülməsinin həlli olmadığını söyləyib və ictimai edamları "hüquqlara hörmət edən cəmiyyətdə yeri olmayan son dərəcə qəddar əməl" adlandırıb.