​Bu ölkədə nəhəng layihə həyata keçirəcəyik - Ərdoğan

Özbəkistanda nəhəng layihəni həyata keçirəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarı Şövkət Mirziyayev ilə görüşü zamanı deyib.
“Özbəkistanda turizm baxımından Səmərqənd, Buxara, Daşkənd önəmli yer tutur. Dağ turizmi ilə bağlı önəmli və nəhəng layihəni Özbəkistanda həyata keçirməyi planlaşdırırıq”, - Ərdoğan bildirib.
O, həmçinin həmkarı ilə regional problemləri də müzakirə etdiyini qeyd edib.