Bu ölkədə nazir və deputatlara smartfonlar qadağan edildi

Baxış sayı:
5545

Malayziyada Nazirlər Kabinetinin iclasına və dövlət səviyyəli rəsmi iclaslara nazirlərin, millət vəkillərinin və bürokratların smartfon telefonlarla daxil olması qadağan edilib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Malayziya Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Sanusi Sidek deyib. O bildirib ki, dövlət əhəmiyyətli görüşlərdə təhlükəsizlik üçün təhdid doğuran bütün rəqəmsal cihazlardan istifadə qadağandır: "Dövlət sirrləri qanuna əsasən, yüksək səviyyəli danışıqlardan məlumatların sızmasının qarşısını almaq üçün bu qərarın verilməsi vacib idi".