​Bu ölkədə narkotik istehsalı REKORD HƏDDƏ QALXDI

Əfqanıstan tiryək əkini üçün istifadə edilən sahələrin həcmi rekord həddə - 328 min hektara çatıb.
Bu barədə informasiya BMT-nin Narkotiklər və Cinayətlər İdarəsinin illik hesabatında yer alıb. Hesabata əsasən, bu əkin sahələri bir il ərzində 63% artıb. İdarə sonuncu dəfə tiryək əkini sahəsində rekord göstəricinin 2014-cü ildə qeydə alındığını bildirib. O zaman Əfqanıstanda 104 min hektar ərazidə narkotik vasitə əkilib.
Keçən il ərzində tiryək istehsalçıları öz fəaliyyətlərini Əfqanıstanın daha üç regionuna yaymağı bacarıblar. Bu regionların Samanqan, Qəznə və Nuristan olduğu vurğulanıb. Bununla da ölkənin 34 əyalətindən yalnız 10-u tiryək istehsalından kənarda qalıb.
Hesabatda tiryəkin ən aktiv şəkildə becərildiyi bölgənin Gilmənd əyaləti olduğu bildirilib. Burada 144 min hektar ərazidə tiryək əkilib. Ondan sonrakı yeri 28 min hektar ərazi ilə Qəndəhar vilayəti tutub.
BMT əkin sahələrinin arması ucbatından 2017-ci ildə Əfqanıstanda narkotik istehsalının 9 min tona çata biləcəyini vurğulayıb.
Qeyd edək ki, keçən il ərzində dünyada tiryəkin 1 kiloqramının qiyməti 152 dollardan 131 dollara qədər ucuzlaşıb./axar/