Bu ölkədə kompüter öz-özünə minlərlə yəhudini vətəndaşlığa götürdü...

Baxış sayı:
12445

İspaniya hökumətinin portalında bir kompüter nasazlığı minlərlə sefard yəhudisinin vətəndaşlıq müraciətinin, hələ də araşdırmada olmasına baxmayaraq, təsdiqlənməsinə səbəb olub. Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə, İspaniya Xarici İşlər Nazirliyi xətanın cümə günü baş verdiyini bildirib. “Ədliyyə Nazirliyinin vətəndaşlıq haqqında Qanunun potensial benefisiarları(faydalanan şəxslər) tərəfindən edilən müraciətlərin vəziyyətini qeyd edən sistemində texniki bir səhv meydana gəlib. Halbuki, bu ay müraciət edənlərə hələ vətəndaşlıq verilməyib"-deyə XİN-in bəyanatında məsələyə aydınlıq gətirilir. Söhbət 2015-ci ildə İspaniyada qəbul edilmiş bir qanundan gedir. Həmin qanuna görə, sefard yəhudi nəsillərindən olanların müraciətləri İspaniyanın Ədliyyə Nazirliyi və ölkədəki bir qrup yəhudi icması tərəfindən təsdiqləndikdən sonra onlar bu ölkənin vətəndaşı ola bilərlər. Qanun qüvvəyə minəndən bəri, ən azı, 8 300 yəhudi ərizəçi İspaniya vətəndaşlığını alıb və daha çox sayda müraciət təhqiq edilir.