​Bu ölkədə inflyasiya proqnozu: 14 min faiz

Baxış sayı:
1621

Venesuela parlamentinin üzvlərinin fikrincə, ölkədə inflyasiya səviyyəsi bu il 14 min faizə çata bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Dolar Today” yazıb.
Məlumata görə, Venesuelada Panama ilə maliyyə və iqtisadi əlaqələrin dayandırılmasından sonra ilk dəfə dolların məzənnəsi 300 min bolivarın üzərinə çıxıb. Mart ayının sonlarında 231 min bolivar 1 dollar qarşılığında təklif olunsa da, hazırda bu rəqəm 305 min bolivara bərabər olub.