Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Baxış sayı:
6661

Tiflisdə Yeni il gecəsi ictimai nəqliyyat pulsuz olacaq. Muxalifet.az xəbər verir ki, bu barədə Tiflis meriyası məlumat yayıb. Nəqliyyatdan pulsuz istifadə bu gecə 23:00-dan etibarən mümkün olacaq. Meriyanın qərarı 74 marşruta aid ediləcək. Belə ki, bu avtobuslar sərnişinləri bayram tədbirinin keçirildiyi Birinci Respublika meydanına daşıyacaq. Avtobuslar bu rejimlə 1 yanvar 04:00-a qədər fəaliyyət göstərəcək.