Bu ölkədə hərbi hissəyə hücum edildi - Yüksək rütbəli zabitlər güllələndi

Baxış sayı:
1740

Somalinin paytaxtı Moqadişo yaxınlığında Əş-Şəbab terrorçularının hərbi hissəyə təşkil etdiyi irimiqyaslı hücum zamanı həlak olan hərbçilərin sayı 20-ni ötüb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların arasında yüksək rütbəli zabitlər də var. Aralarında hərbi hissənin komandanı da olmaqla onlarla hərbçi yaralanıb. Bildirilir ki, terrorçular hərbi hissəni ələ keçirsələr də, bölgəyə əlavə qüvvələr cəlb edildikdən sonra hərbi hissə yenidən ordunun nəzarətinə keçib.

Ərazidəki silahları və zirehli texnikaları ələ keçirən terrorçular bölgədən uzaqlaşıb.