Bu ölkədə hərbi helikopter qəzaya uğradı: ölənlər var

Baxış sayı:
247

Meksikanın Jalpan de Serra bölgəsində hərbçiləri daşıyan helikopter qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində helikopterdəki 6 nəfər həlak olub.
Yanğınsöndürmə fəaliyyətləri üçün bölgəyə nəzarət edən Mi-17 tipli helikopterin Meksika Dəniz Qüvvələrinə aid olduğu bildirilib.
Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.