Bu ölkədə hava pulla satılır - QİYMƏTİ...

Baxış sayı:
4774

Muxalifet.az xəbər verir ki, havanın çirklənməsinin təhlükəli dərəcəyə çatdığı Hindistanın paytaxtı Yeni Dehli şəhərində bir bar müştərilərə təmiz hava satmağa qərar verib. 15 dəqiqə təmiz hava ilə nəfəs almaq xidmətinin qiyməti isə 299 rupidir (4,19 dollar).
Son həftələrdə hava çirkliliyinin ciddi problem olduğu Hindistanın paytaxtı Yeni Dehlidə “Oxy Pure” adlı bir şirkət müştərilərinə təmiz hava satır. Kimyəvi balonlarda istehsal edilib mühafizə edilən, müxtəlif qoxulara malik bu “təmiz havaların” bədənə və zehinə müsbət təsir göstərdiyi bildirilir.
Nəhəng qaz otağı
Bundan əvvəl Yeni Dehlidə havanın çirklənməsinin təhlükəli miqyasına görə, fövqəladə vəziyyət elan edilmiş və məktəblərə 5 milyon maska paylanmışdı. 5 noyabr tarixində hava çirkliliyi indeksinə görə 527 xalla Yeni Dehli ən çirkli hava rekordunu təzələyib. Havadakı zəhərli hissəciklərin səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi səviyyədən 20 qat artıq olduğu və şəhərin nəhəng bir qaz otağına çevrildiyi bildirilmişdi. Dünyanın ən çirkli şəhərləri Cənub-Şərqi Asiyada yerləşir. İlk onluqda yerləşən 6 şəhər isə Hindistanın Dehli, Lahore, Karaçi, Kalküttə, Bombet və ve Katmandudur.