​Bu ölkədə göydən yerə qızıl yağdı

Baxış sayı:
5338

Bu gün Rusiyanın Yakutsk rayonunda An-12 markalı təyyarədən yerə qızıl tökülüb. İstintaq komitəsi bu məsələ ilə bağlı araşdırmalara başlayıb.
İstintaq komitəsindən bildiriblər ki, Yakutsk – Krasnoyarsk – “Kupol” mədəni reysi ilə uçan, “Nimbus” aviaşirkətinə məxsus An-12 təyyarəsi yuxarıya qalxarkən yükün sürüşməsi üzündən təyyarənin yük yerində zədələnmə əmələ gəlib və həmin zədələnən yerdən qızıllar yağıb.
Hurriyyet.org xəbər verir ki, təyyarədə aparılan yük tərkibində qiymətli metal olan, ümumi ağırlığı 9,3 tona bərabər külçələrdən ibarət olub. Yük Çukotka dağ-geologiya şirkətinə məxsusdur.
Zərərçəkənlər yoxdur, lakin yükün bir qismi uçuş-eniş zolağına səpələnib. İlkin fərziyyələrə görə, hadisənin səbəbi yükün düzgün yerləşdirilməməsidir.