​Bu ölkədə alçanın kilosu 100 dollara satılır

Baxış sayı:
8149

İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır.
Bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.
Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.
Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil./trend