​Bu ölkədə 1,35 milyon insan öz bədənini vəsiyyət etdi

Baxış sayı:
6568

Ölümündən sonra öz bədənini orqan köçürülməsi üçün təqdim etməyə hazır olduğunu bildirən Çin sakinlərinin sayı son beş ildə on dəfələrlə artıb.
Muxalifet.az  azərtac-a istinadən xəbər verir ki, hazırda belə insanların sayı 1,35 milyon nəfəri ötüb. Onların əksəriyyətini 30 yaşadək gənclər təşkil edir.
Nəşrin məlumatına görə, ÇXR-də könüllü donorluq hallarının rəsmi qeydiyyatına başlanıldığı 2014-cü ildən indiyədək bu sayaq “ölümdən sonrakı kömək” 70 minədək insanın həyatını xilas etməyə imkan verib.
Çin insan bədəninin müxtəlif hissələrinin ölümdən sonrakı donorluğu sahəsində dünya lideridir. ÇXR-in hakimiyyət orqanları bu məsələdə digər ölkələrin tibb müəssisələri ilə əməkdaşlığın inkişafına yaxından kömək göstərir.