​Bu ölkə TƏSLİM OLDU: Tramp görüş yeri təyin etsin

Baxış sayı:
3292

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə dialoqa başlamalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Venesuela Prezidenti Nikolas Maduro paylaşıb. O, Trampın görüş üçün zaman və yer seçməli olduğunu bildirib:
“Donald Tramp digər ölkələrin daxili işlərinə qarışmayacağına söz vermişdi. Verdiyi vədin icra vaxtı çatıb. Dialoq Karakas, yoxsa Vaşinqton olmalıdır? Zaman və yeri seçin, mən orada olacağam”.
Qeyd edək ki, ABŞ bundan öncə Venesuelaya qarşı neft embarqosunun tətbiq ediləcəyini açıqlamışdı.