Bu ölkə terror körpüsünə çevrilir - Lavrov

Baxış sayı:
4291

İŞİD üzvləri xarici sponsurlarının dəstəyi ilə Əfqanıstanı terror körpüsü halına gətirməyə çalışırlar.
Muxalifet.az xəbər verir ki, bunu Moskvada keçirilən Beynəlxalq Əfqanıstan Sülh Konfransında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu planların dayandırılmasına yardım etmək və terror təhdidinin aradan qaldırmaq bütün ölkələrin, beynəlxalq təşkilatların və əfqan xalqının vəzifəsidir. Lavrov Taliban üzvlərinin də konfransda iştirakını yüksək qiymətləndirib:
“Əfqanıstan Ali Sülh Şurasının və Talibanın nümayəndə heyətinin burda olmasını məmnuniyyətlə qarşılayırıq. Talibanın bugünki tədbirə qatılması hökumət, Taliban və ölkənin geniş ictimai və siyasi tərəfləri arasında birbaşa müzakirələrin başladılması üçün əlverişli şəraitin yaradılmasına əhəmiyyətli təsir göstərəcək”.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskovada Beynəlxalq Əfqanıstan Sülh Konfransı keçirilib. Konfransda Əfqanıstan, ABŞ, Çin, İran, Hindistan, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Taliban nümayəndələri iştirak edib.