​Bu ölkə Suriya ilə gömrük məntəqəsini yenidən açır

Baxış sayı:
3400

2011-cildən yaşanan böhran səbəbi ilə bağlanan İordaniya-Suriya sərhədindəki Nəsib Sərhəd Qapısı yenidən fəaliyyətə başlamağa hazırdır.
Muxalifet.az xəbər verir ki, bunu Suriya Nəqliyyat naziri Əli Hamud bildirib.
Bu barədə danışan Hamud gömrük məntəqəsinin hazır olduğunu bildirsə də, hələlik hökumətlər arasında bu istiqamətdə iş getdiyini qeyd edib.
Qeyd edək ki, böhran öncəsi sözügedən gömrük məntəqəsindən milyardlarla dollar dəyərində ticarət aparılırdı. Sərhəd qapısının bağlanması Suriya və qonşu ölkə iqtisadiyyatına ciddi zərbə vurub.