"Bu ölkə Rusiyaya birləşəcək" – VENEDİKTOV

Malorusiyanın yaradılmasına Kreml xeyir-dua verib.
 
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Exo Moskva” radiosunun rəhbəri Aleksey Venediktov söyləyib.
“Malorusiya”nın yaradılması ilə bağlı tarix elə də pis deyil. Təkcə informasiya məkanından yox, həm də hakimiyyət meydanlarından itən Vladislav Surkov (Rusiya prezidentinin köməkçisi, Novorossiya layihəsinin icraçısı – red.), görünür, məzəli konsepsiya təklif edib. O, gələcəkdə Ukraynanı Rusiyanın tərkib hissəsi edəcək vassal layihəsini işə salıb.
Malorusiya Rusiya imperiyasının tərkib hissəsidir. Burada Krım və ya Abxaziya ssenarisi üzrə yox, Cənubi Osetiya ssenarisi üzrə hərəkət ediləcək və sonunda birləşmə olacaq. İndi isə hələlik Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası tipi yaradılır”, – deyə o bildirib.