​Bu ölkə Ər-Riyadı seçdi: Səudiyyəni Qərbdən qoruyacağıq

Baxış sayı:
5581

Küveyt Qaşıqçı insidenti ilə əlaqədar Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb.
Muxalifet.az xəbər verir ki, Küveyt Baş nazirinin müavini Anas Xalid əs-Salah Qərb ölkələrinin Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməsinin təhqiredici olduğunu bildirib. O, Küveytin Səudiyyə Ərəbistanının mövqelərini tam müdafiə etdiyini deyib.
Qeyd edək ki, bundan öncə ABŞ və Britaniyanın Qaşıqçı insidentiylə bağlı Ər-Riyada qarşı sanksiya tətbiq edə biləcəyi açıqlanıb.