​Bu ölkə Putinin limuzinini istəyir

Baxış sayı:
5176

Bəhreyn Rusiya Prezidenti Vladimir Putinin istifadə etdiyi “Aurus” adlı limuzinlə maraqlanır. Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, müxtəlif ölkələrin limuzinlə maraqlandığı, o ölkələrdən birinin də Bəhreyn olduğu bildirilib. Bildirilir ki, müxtəlif ölkələrdən limuzinlə bağlı xəbərlər var, Bəhreyn də onlardan biridir. Ancaq hələ seriya istehsalına başlanmayıb. Limuzin hazırda məhdud saydadır. Gələcəkdə satış mümkündür. Qeyd edək ki, “Aurus” ilk dəfə Putinin andiçmə mərasimi zamanı görüntülənmişdi. Daha sonra Putin Parisə rəsmi səfər edərkən də sözügedən limuzindən istifadə edib.