Bu ölkə Liviyaya ordu yeridir: Türkiyəyə qarşı cəbhə genişlənir

Baxış sayı:
1488

Misir Prezidenti Əbdülfəttah əs-Sisi orduya ölkə daxilində və xaricində əməliyyatlara hazır olmaq çağırışı edib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ölkənin qərbindəki hərbi hava qüvvələrinin bölüklərini ziyarət edən Sisi “Burada, sərhədlərimizin içində və ya lazım olarsa, sərhədlərimizin xaricində istənilən əməliyyata hazır olun” deyə bildirib.

“Liviyaya müdaxilə etmək məsələsində həmişə tərəddüd edirdik, amma indi vəziyyət fərqlidir. Misir dövləti tərəfindən birbaşa müdaxilə artıq beynəlxalq hüquqa uyğundur”, – o bildirib.

Qeyd edək ki, Misirin qərbdə Liviya ilə 1200 kilometr uzunluğunda sərhədi var. Liviyada Türkiyə Milli Razılıq Hökumətini dəstəkləyir. BMT tərəfindən qəbul edilməyən Xəlifə Haftarın Liviya Milli Ordusu adlandırılan qüvvələri isə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən dəstəklənir. Yaxın Şərqdə təsir gücünə görə vacib ölkələrdən olan İran bu gün Liviyada Milli Razılıq Hökumətini dəstəklədiyini bəyan edib. Dini lider Ayətullah Xomeneinin hərbi müşaviri general Hüseyn Dehqan bildirib ki, “Liviyada beynəlxalq ictimaiyyətin tanıdığı Milli Razılıq Hökumətini dəstəkləyir və bu ölkədə problemin siyasi həll yolu ilə həll edilməsini istəyirik”.