Bu ölkə "Kalaşnikov"lardan imtina edir

Baxış sayı:
2449

Rumıniya ordusu "Kalaşnikov" avtomatlarından imtina edir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rumıniya İqtisadiyyat naziri Nikolaye Bedeleu deyib.
Onun sözlərinə görə, "Kalaşnikov" yerinə rumın ordusu İtaliya avtomatları ilə təchiz ediləcək. Bu avtomatların ARX-160 olacağı və onları İtaliyanın “Beretta” şirkətinin Rumıniyanın Plopen şəhərindəki zavodda hazırlayacağı vurğulanıb.
Bedeleu Rumıniyanın "Kalaşnikov"dan NATO standartlarına uyğunluq üçün imtina edəcəyini bildirib.