​Bu ölkə ilə əməkdaşlıq yolları axtarmaq lazımdır - Medvedyev

Baxış sayı:
2125

Slovakiyanın "Türk axını" təbii qaz boru xətti layihəsinə qoşulması üçün əməkdaşlıq nöqtəsi tapılmalıdır. Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev Moskvada slovakiyalı həmkarı Peter Pelleqrini ilə birgə keçirilən mətbuat konfransında söyləyib. O, Slovakiyanın "Şimal axını 2" layihəsi çərçivəsində Rusiyadan təbii qazın alınması ilə bağlı narahatlığının ölkəsi tərəfindən anlayışla qarşılandığını deyib: “Bratislava ilə həm "Şimal axını 2", həm də "Türk axını" layihələri çərçivəsində əməkdaşlıq yolları axtarmağımız lazımdır”, - Medvedyev söyləyib.