​Bu ölkə barbar islam ideyası brendidir - NETANYAHU

İŞİD-in məhvindən sonra Yaxın Şərq üçün təhdid İran olacaq.
Muxalifət.az xəbər verir ki, bunu “Rossiya 24” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
“İŞİD-in yerinə İran gəlir. İran barbar islamçı ideologiyanın daha bir brendidir. Burada söhbət islam ekstremizmindən gedir. Bu, digər dinlərlə bərabər müsəlmanlar üçün də təhdiddir. Bu ölkə açıq şəkildə İsraili məhv etməyi planlaşdırır. İran çalışır ki, Suriyada sünni əhalinin yerinə on minlərlə şiə döyüşçüsü yerləşdirsin. İranın Suriyada hərbi mövcudluğu ikili təhlükə kəsb edir. Birincisi, bu, biz və ərəb ölkələri üçün təhdiddir, digər tərəfdən isə bu, müsəlman azlığın olduğu Rusiya üçün təhdid yaradır. Bu azlıq şiə hökmranlığının artmasına terrorçu fəaliyyətlə cavab verə bilər”, – deyə o bildirib./Axar.az/