Bu ölkə adından imtina etdi - Səbəb

Baxış sayı:
7241

Niderland hökuməti Hollandiya adından imtina etmək barədə qərar verib.
Bu barədə “Adformatie” nəşri məlumat yayıb.
 
Bildirilir ki, hökumət ölkənin obrazını yeniləmək üçün belə bir qərara gəlib.
 
Onlar hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi xatırlanır. Ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən "Avrovision-2020" Mahnı Müsabiqəsində təbliğ olunacaq.
 
Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Niderland rebrendinqi 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq.
 
 
Yenisabah.az