​Bu ölkə 12 ildən sonra dövlət büdcəsini təsdiq etdi

Livan parlamenti 2005-ci ildən bu yana ilk dəfə dövlət büdcəsini təsdiq edib.
Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Parlamentdə aparılan üç günlük müzakirədən sonra 61 deputat büdcə layihəsinin lehinə səs verib.
Qeyd edək ki, Livanda 12 ildir büdcə təsdiq edilmir.
Bundan öncə ölkədə prezident seçkisi zamanı analoji situasiya yaşanmışdı. Belə ki, parlament iki il ərzində prezidenti seçə bilməmişdi. 2 illik mübarizədən sonra tərəflər xristian Mişel Aunun prezident olmasına qərar vermişdilər.