Bu olay İrəvanı SİLKƏLƏDİ - ŞOK VİDEO

Baxış sayı:
13357

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vəkillər Kollegiyasının iki üzvünü saxlayıb. Vəkillər istintaq təcridxanasında bir məhkumun ailə üzvünə Apelyasiya Məhkəməsinin hakiminə rüşvət verərək, şərti olaraq vaxtından əvvəl azad edilməsini təklif edib.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, vəkillər məhkumun ailə üzvünü 7000 dollar məbləğində rüşvət verməyə razı salıb.
Hüquqşünaslar pul alıb, bu müddət ərzində xüsusi xidmət orqanları onların hərəkətlərini izləyib. Hüquqşünaslardan birinin evində aparılan axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 6800 dollar tapıb. Hər iki vəkil tutulub, dindirmə zamanı günahlarını etiraf edib.
Olay sosial şəbəkədələrdə kəskin reaksiyalara səbəb olub.
Olayın videogörüntüsünü təqdim edirik: