​“Bu, müqəddəs Quranın əmrlərinə qarşı yönələn bir hərəkətdir” – İRAN ƏLEYHİNƏ BƏYANAT

Baxış sayı:
8965

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasn, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ötən həftə Ermənistanın baş naziri N.Paşinyanın İrana səfərinin nəticələrinə münasibət bildirib. Partiya yetkililəri belə bir görüşün ölkələr arasında qarşılıql əməkdaşlıq prinsipinə söykənməsini qeyd etsə də, Xocalı soyqırımının müəllifi olan Ermənistanın baş nazirinin məhz Xocalı soyqırımı ərəfəsində İran dövləti tərəfindən yüksək törənlə qarşılanması, N.Paşinyanın  keçirilən tədbirlərdə Dağlıq Qarabağın Ermənistana məxsus olması barədə səsləndirilən fikirlərə adı çəkilən ölkə rəsmilərinin heç bir etiraz etməməsindən ciddi narahat olduğunu bildirib. Qeyd olunub ki, dünyanın bir çox yerlərində Xocalı soyqırımının canilərinə lənətlər oxunduğu bir vaxtda İran rəsmilərinin bu faktı görməzdən gəlməsi, təcavüzkar bir ölkənin başçısını ən yüksək səviyyədə qarşılayıb, ölkəsinə qucaq açması dini, tarixi, mədəni tellərlə bir-birinə bağlı olan Azərbaycan və İran xalqlarının əleyhinə olmaqla müqəddəs Quranın əmrlərinə qarşı yönələn bir hərəkətdir.
İdarə Heyəti İran prezidenti H.Ruhaninin Şimali Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın vaxtı ilə İran dövlətinə məxsus olması, yalnız qacarların satqınlığı nəticəsində Rusiyaya birləşdirilməsi barədə səsləndiridyi cəfəng fikirlərə kəskin etirazını bildirib və bu fikirlərin arxasında İranın hələ də Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi faktının durduğunu bildirib. Qeyd olunub ki, tarixin saxtalaşdırılması üzrə ixtisaslaşan fars rejimi bilməlidir ki, üzü Səfəvilərdən bu yana İran da daxil olmaqla, Yaxın və Orta şərqə aid bir sıra ərazilər Azərbaycan türklərinin yaratdığı imperiyanın tərkibində olub və Şah Qacar da bu imperiyanın başında durmaqla müsəlman-türk dünyasının ən böyük şəxsiyyətləri sırasına daxildir. İdarə Heyəti iqtidarı istər ölkə daxilində, istərsə də ondan kənarda tarixi şəxsiyyətlərimizə qarşı yönələn, onların tarixi xidmətlərini kölgə altına salan bu cür bəyanatlara adekvat reaksiya verməyə çağırıb.
İdarə Heyəti Fransada Xocalı soyqırımına həsr olunmuş anım mərasiminə qarşı bir qrup ermənilər tərəfindən təxribat törədilməsi, tədbir iştirakçılarına qarşı pozucu hərəkələrlərə yol verilməsi faktını qətiyyətlə pisləyib və Fransa rəsmilərinin bu hərəkətə adekvat reaksiya verməməsini, təxribatçılar haqda tədbir görməməsini adı çəkilən ölkənin söyqırım məsələsinə ikili standartlarla yanaşması kimi dəyərləndirib və bu faktın arxasında Xarici İşlər Nazirliyimizin, həmçinin Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yarıtmaz fəaliyyətinin durduğunu diqqətə çatdırıb.
İdarə Heyətin ötən həftə ölkə prezidenti İlham Əliyevin problemli kreditlər məsələsinin həlli ilə bağlı imzaladığı fərmanı da müzakirə edib. Müzakirələr zamanı qeyd edilib ki, bu fərman gecikdirilmiş addım olsa da, minlərlə vətəndaşların problemli kreditlərinin həllinə yardımçı olacağını nəzərə alaraq təqdir edilməlidir. Eyni zamanda fərmanın kredit götürən bütün vətəndaşlara o cümlədən, hüquqi şəxslərə və banklara depozit qoyanlara şamil edilməməsi ədalətsizlik kimi dəyərləndirilib. Bu ədalətsizliyin, o cümlədən problemli kreditlərlə bağlı yüz minlərlə verilən məhkəmə qərarlarları və s. ilə bağlı fərmanda olan boşluqların aradan qaldırılması üçün ölkə başçısını verilən fərmana bir daha yenidən baxmağa, veriləcək kompensasiyaların təkcə büdcənin deyil, eyni zamanda bankların da üzərinə bir vəzifə kimi qoymağa çağırıb.
İdarə Heyəti ötən həftə AXH-nin rəhbərliyinə daxil olan bir qrup müxalif liderlərin Masallıda təxribatla üzləşməsi faktını qətiyyətlə pisləyib, baş verənləri ölkədə vətəndaş qarşıdurmasında maraqlı olan dairələrin əməli kimi dəyərləndirib, eyni zamanda hakimiyyəti həmin təxribatı törədənlərin barəsində qanuna müvafiq qaydada ölçü götürməyə çağırıb.
 
Muxalifet.az