"Bu məsələdə qətiyyətliyik" - TÜRKİYƏDƏN BƏYANAT

Baxış sayı:
235

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Suriya üzə xüsusi nümayəndəsi James Jeffrey və ABŞ-ın Ankara səfiri David Satterfieldlə Dolmabağça sarayında görüş keçirib.

Görüşdə Suriyadakı son hadisələr, prezident Ərdoğanın ABŞ səfəri, İdlibdəki son vəziyyət, Suriyadakı münaqişənin həllində irəliləmə və Konstitusiya Komitəsinin bundakı rolu müzakirə olunub. BMT-nin Təhlükəsizlik Şurasının 2254-cü qərarı əsasında Suriyada şəffaf, ədalətli, azad seçkilərin keçirilməsinin vacibliyi qeyd olunub. Bundan başqa İŞİD və PKK/PYD/YPG başda olmaqla bütün terrorçu dəstələrlə mübarizə mövzusunda Türkiyənin qətiyyətli olduğu vurğulanıb. Həmçinin,13 noyabrda Ərdoğanın ABŞ-a baş tutacaq səfərinə dair də detallar dəqiqləşdirilib.
Muxalifet.az