“Bu məmurlar Sizə nifrət yaratmaqla bərabər, ölkəmizin imicinə zərər vururlar” – TANINMIŞ CƏRRAHDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT

Baxış sayı:
5002

“Baş prokuror Zakir Qaralov tərəfindən tikinti ilə əlaqədar hər hansı bir cinayət işi törədilərsə, rayon prokurorlarının cinayət işi qaldırması qadağan edilmişdir”
 
“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini davam etdirir. Qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da sözügedən tikinti şirkətinin rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan darmadağın edilib. Bununla bağlı Muxalifet.az saytı vasitəsilə dəfələrlə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsə də, Q.İskəndərovun şikayətinə hələ də baxan yoxdur. Odur ki, zərərçəkən növbəti dəfə Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova ümraciət ünvanlayıb.
Q.İskəndərovun Muxalifet.az-a daxil olan müraciətini olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Evimin qanunsuz söküntüsü ilə əlaqədar Sizə ünvanladığım coxsaylı müraciətlərə baxmayaraq, nə mənim problemim həll olunur, nə də Nəsimi  rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli Sizin fərman və qərarlardan, aparilan dəyişikliklərdən ibrət götürmək fikirləri yoxdur. Allaha sükürlər olsun ki, tikinti işləri artiq rayon icra başçılarının səlahiyyətlərindən alınıb. Asif Əsgərov tikinti şirkətlərinə ayirdığı hər bir sahəni 1,000,000.00 (bir milyon) manata satmışdır. Təksə “Regal” MTK şirkətindən 3,000,000.00 (üç milyon) manat miqdarında rüşvət almışdır. Nəsimi rayonunda isə onlarla bu cür tikinti şirkəti fəaliyyət göstərir. Asif Əsgərov dövlət büdcəsindən yaşıllaşma üçün ayrılan vəsaitləri mənimsəmiş, əvəzində bu işləri market sahiblərindən zorla rüşvət toplamaqla ala-yarımçıq yerinə yetirmişdir.
“Regal” MTK şirkətində çalışan işçilər xaricdə yaşayan həmyerlilərimiz vasitəsilə mənim evimin söküntüsünün, polis və prokurorluqda cinayət işinin qaldırılmamasının birbaşa icra başçısı Asif Əsgərovla bağlı olması haqda mənə bildiriblər. Asif Əsgərovun bu özbaşınalıqlarına nə zaman son qoyulacaq və onun haram yolla topladığı sərvətlər əlindən alınıb, öz halal sahiblərinə nə vaxt qaytarılacaq?!
Möhtərəm Prezident!

Nəsimi rayon prokurorluğuna ünvanladığım şikayətlə əlaqədar 10 yanvar 2020-ci ildə prokuror Salman Məmmədlinin qəbulunda oldum. Salman Məmmədlinin verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralov tərəfindən tikinti ilə əlaqədar hər hansı bir cinayət işi törədilərsə, rayon prokurorlarının cinayət işi qaldırması qadağan edilmişdir. Bu zaman sual yaranır  Salman Məmmədli nə üçün dövlət müəssəsində oturub? Onun işı yalnız rüşvət toplamaqdan, telefon və televizor oğrularına  cinayət işi qaldırmaqdan ibarətdirmi? Nəsimi rayon prokurorluğunun mənə təqdim etdiyi qərarda 59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayiş verdiklərini  etiraf etsələr də, cinayət işi qaldırılmır, cinəyətkarlar öz cəzalarını almır, 13 saylı dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərinə Ədliyyə Nazirliyi, Prokurorluq və polis orqanları göz yumur. Bu orqanlarda süründürməçiliyə yol verilir. İstintaqın başa çatmasına baxmayaraq, prokurorluq istintaq materiallarını gizli saxlayir. Məni və vəkilimi istintaq materialları ilə taniş olmağa  icazə vermirlər.
Cinayət işinin qaldırılmaması çoxsaylı suallar doğurur!
Nəzərinizə çatdırım ki, Apellyasiya məhkəməsinin ruşvətxor hakimi Fuad Talışinski  mənə dəyən ziyanı cinayətkarlarla, saxta sənəd hazirlayanlar arasında iddiaçı tərəfin iştirakı olmadan bölmüşdür. Hazirda adını cəkmək istəmədiyim dövlət orqanları da mənim şikayətimlə əlagədar maraqlanmağa başlamışlar. İnanıram ki, Sizin göstərişləriniz əsasında bu işdə müsbət dönüş yaranacaqdır. Bir daha  nəzərinizə çatdırmaq istərdim ki, polis- prokurorluq orqanları, icra başçıları, məhkəmələr Prezidentin fərman və qərarlarını yerinə yetirməməklə Sizə qara ləkələr yağdırmaq, vətəndaşlar arasında Sizə qarşı nifrət yaratmaqla bərabər, ölkəmizin imicinə zərər vurmaqla məşğuldurlar.
Möhtərəm Prezident!

Sizdən  xahiş edirəm ki, Ali Məhkəmənin hakimi Vəliyeva Elşanə Rafik qızının sədrliyi ilə işə baxılması zamanı hakimlərin tərəzinin ədalət olan tərəfində özlərinə yer alması və Azərbaycan Respublikasının qanunları çərçivəsində qərarlar çıxarması üçün göstəriş verəsiniz. Cinayətkar “Regal” MTK şirkətinin təsisçiləri “Hacı” Yusif və Valeh Ağayevlərin, iş icraçısı “Seyid” Fərəc Hüseynovun  qanunsuz hərəkətlərinə son qoyulması, icra başçısı Asif Əsgərovun, rayon prokuroru Salam Məmmədlinin iş fəaliyyətlərinin araşdırılması və mənim kostitusion hüquqllarımın bərpa olunması barədə müvafik orqanlara göstərişlər verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.