Bu məktub İngilis Baş Naziri HAKİMİYYƏTDƏN YIXA BİLƏR

İngiltərədə iki nazir, baş nazir Mey-ə məktub yazaraq iradlarını yönəltdilər, 40 millət vəkili də etimadsızlıq məktubu yazmağa razılaşdılar.
 
İngiltərədə Nazirlər Kabinetinin iki üzvünün birgə imzası ilə baş nazir Tereza Mey-ə yazdıqları gizli məktubun “Sunday Times” qəzetinin əlinə keçməsi Funt-sterlinqdə sərt satışlarla müşayiət olmaqla bərabər, həm də ciddi narahatlıqlara səbəb olub.
Türk əsilli xarici işlər naziri Boris Conson və ətraf mühit naziri Maykl Goveun birgə imzası ilə baş nazir Tereza Mey-ə yazdıqları məktubda özlərinin “Brexit” (Avropa Birliyindən çıxmaq planı) planları ilə geriyə düşdüklərini dilə gətirib və iradlarını bölüşüblər.
İki nazirin imzaladığı məktubda Mey-in “Brexit” görüşlərində İngiltərənin mövqelərini zəiflətdiyi tənqid olunub.
“Sunday Times”-ın xəbərinə görə, Mey-in partiyası və Mühafizəkar Partiyadan 40 millət vəkili ilə birgə etimadsızlıq məktubu imzalamaq üçün razılaşıblar. 48 vəkilin imzaladağı məktub Mey-in baş nazir vəzifəsindən düşməsinə səbəb ola bilər.
Partiya nizamnaməsinə görə, 48 nəfərin imzaladığı etimadsızlıq məktubu olarsa, bu halda yeni liderin seçilməsi lazımdır. Bu vəziyyətdə partiyanın yeni lideri birbaşa baş nazir olacaq və yeni bir seçkiyə ehtiyac qalmayacaq.
Mey, 8 İyundakı ilkin seçkidə qarşılaşdığı qüvvə itkisindən bəri partiyasında nüfuz problemləri yaşayır. Mey-in istefası üçün partiya içərisindəki müxaliflər bir müddətdir ki, lobbi fəaliyyəti yürüdürdülər. Son dövrdə İngiltərə siyasəti müdafiə naziri Maykl Fallon və yardımlar üzrə nazir Priti Patelin müxtəlif qalmaqallar səbəbindən istefaları ilə gündəmdə idi.
Müxalifət.az