Bu marşrut xətlərində gecikmələr ola bilər – XƏBƏRDARLIQ

Baxış sayı:
5844

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin alternativ yol qismində Xırdalan dairəsindən istifadə etdiklərini və Bakı-Sumqayıt yolunda müvəqqəti sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq 501, 502, 503, 504, 533, 511, 551, 553 və 567 saylı marşrut xətləri üzrə avtobuslarda gecikmələr müşahidə oluna bilər.
Məhdudlaşmanın 1 may tarixində axşam saatlarınadək davam edəcəyini sərnişinlərimizin anlayışla qarşılamalarını xahiş edirik.