Bu mallar gömrük rüsumundan azad edildi
14-12-2019 00:04
Baxış sayı:
1896
Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr 15 faiz idxal gömrük rüsumundan azad edilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 1 il müddətində qüvvədədir.