​"Bu mahnıya pul səpənlər, ağız büzənlərdən qat-qat artıqdır" - AFƏT YENƏ QALMAQAL YARATDI

Baxış sayı:
174

Afət Fərmanqızı dünyaca məşhur müğənni Sami Yusifin ifasındakı mahnıdan sonra onu qınaq atəşinə tutanlara cavab verib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Dışşşşşşş, bəzilərini infarkt edək. Bir bilsəniz səhifəmdə kimlər yatır? Bu gün təcili yardıma müraciətlər artacaq. Axşamtərəfi lap partlayış video gələcək. Diqqətlə izləyin. Alah məni sevənlərə də bol ruzi-bərəkət versin. Amin. Bu mahnıya, bu pulları səpən adamlar mənə ağız büzənlərdən qat- qat dəyərli insanlardır"
Nəzərə çatdıraq ki, bir neçə gün əvvəl məşhur müğənni Sami Yusifin Bakıda Nəsimi ili ilə əlaqədar verdiyi konsert və onun qəzəlinə oxuduğu mahnı günün trendinə çevrilib. Bir çox insanlar isə Afət Fərmanqızını Nəsiminin həmin qəzəlinə yazılmış və onun ifasında məşhurlaşan "Pəncü- şeş" mahnısını tənqid atəşinə tutub, "İfa belə olar" deyərək müğənnini qınayıblar.//Sonxeber.