​Bu kəndin fotolarını çəkmək qadağan edildi

Dünyanın ən gözəl ölkələrindən biri hesab edilən İsveçrədə turistlərə foto çəkmək qadağan edilir.
Muxalifet.az İstiPress-ə istinadən xəbər verir ki, söhbət təbiət gözəllikləri ilə insanı heyran edən Berqyün kəndindən gedir. Kənd admnistrasiyası səyahət edənlərər yaşayış məntəqəsinin fotolarını çəkməyi buraların olduqca gözəl olduğu üçün etmək istəyir.
Ölkənin şərqində, hündür dağlı ərazidə yerləşən kəndin rəhbərləri bu qadağanı səsverməyə də çıxarıblar. "Elmi cəhətdən sübut edilib ki, tətildən olan və sosial şəbəkələrə yerləşdirilən gözəl fotolar onlara baxan insanları bədbinləşdirir. Çünki onlar özləri belə gözəllikləri görməkdən məhrum olublar", deyə turizim ofisinin açıqlamalasında qeyd edilir.
Yaşayış məntəqəsinin meri Piter Nikolay turistləri bu gözəllikləri öz gözləri ilə görmək üçün Berqyüna səyahət etməyə dəvət edib.
Artıq turizm üzrə kənd ofisi də fotoları sayt və sosial şəbəkələrdəki səhifələrindən silib. Bundan sonra kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.