​Bu ilin dünya gözəli seçildi – FOTOLAR

“Dünya gözəli-2017” adını 20 yaşlı hindistanlı Manuşi Çxillar qazanıb.
Kult.az xəbər verir ki, 15 mərhələdən ibarət olan müsabiqədə qalibə tacı “Dünya gözəli-2016” da qalib seçilən Stefani Del Valle təqdim edib.
Qeyd edək ki, Çinin Sanya şəhərində keçirilən yarışda ikinci yerə meksikalı Andrea Mez, üçüncü yerə isə britaniyalı Stefani Hill layiq görülüb.