“Bu il həyatımızın sonunadək unutmayacağımız bir il olacaq” – RÖVŞƏN AĞAYEV

Baxış sayı:
2739

“2020-ci il yəqin ki, həyatımızın sonunadək unutmayacağımız bir il olacaq. Dərin stres və psixoloji sarsıntıların, davamlı müalicəyə ehtiyacı olan insanların müalicəsindəki ləngimələrin önümüzdəki illərdə sağlamlığımızda hansı fəsadlar törədəcəyini sonra görəcəyik”. 

Bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Bununla yanaşı, iqtisadçı ekspert 2020-ci ilin  başqa ağır nəticələrini də gördüyünü vurğulayıb: “Şəxsən tanımaq, ünsiyyət qurmaq imkanım olan bəzi insanları tanıdığıma görə dərin peşmanlıq hissi keçirdim – onların davranışlarından dolayı.
Qiyabi tanıdığımız insanlara münasibətdə belə peşmançılıq və sarsıntı keçirmirik. Çünki kimisə sosial şəbəkələrdən, ənənəvi mediadan tanımaq bizim iradəmizdən asılı deyil. Amma əyani tanışlıq, əməkdaşlıq, ünsiyyət bizim seçimimiz olur.
Yanlış seçimlər isə uzaqgörən olmadığımızı hər dəfə başımıza çırpmaqla adama mənəvi narahatlıq verir. 2020-ci il beləcə həm də mənəvi itkilərlə başladı”.